اۇیغور ائل‌ـین‌دن سئبری‌یایادک بؤیوک بیر اراضی‌ده گئنیش شؤهرت تاپمیش٬دۇزلو-مزه‌لی حکایت‌لری٬تۇتارلی جاواب‌لاری ائل مثل‌لرینه چئوریلمیش٬خالقین رغبت و محبت‌ـینی قازانمیش ملّا نصرالدین خالق مۆدریک‌لیڳینین تیمثالی‌دیر.اوْ نه جغرافی سرحد تانی‌ییر٬ نه زامان سرحدی.اوْ همیشه یاشاری‌دیر.
ملّا نصرالدین لطیفه‌لری دؤورون
حاقسیزلیق‌لارینا٬یالانچی دین خادیم‌لرینین٬دؤولت آداملارینین٬حاکیم‌لرین رۆشوَت‌خوْرلوغونا٬عدالت‌سیزلیڳینه قارشی چئوریلمیش بیر اتهام‌نامه‌دیر.اوْ یئرده کی خالق اؤز اعتیراضی‌نی٬ناراضی‌لیغینی‌٬غضبی‌نی گۆلوش‌له٬کینایه‌یله٬ریشخندله ایفاده ائتمک ایسته‌ییر٬ اوْ یئرده مطلق ملّا نصرالدین ظاهیر اوْلور.

Uyğur elindən sebriyayadək böyük bir ərazidə geniş şöhrət tapmış,duzlu-məzəli hekayətləri,tutarlı cavabları el məsəllərinə çevrilmiş,xalqın rəğbət və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır.O nə coğrafi sərhəd tanıyır,nə zaman sərhədi.O həmişə yaşarıdır.

Molla Nəsrəddin lətifələri dövrün haqsızlıqlarına,yalançı din xadimlərinin,dövlət adamlarının,hakimlərin rüşvətxorluğuna,ədalətsizliyinə qarşı çevrilmiş bir ittihamnamədir. O yerdə ki xalq öz etirazını,narazılığını,qəzəbini gülüşlə,kinayəylə,rişxəndlə ifadə etmək istəyir, o yerdə mütləq Molla Nəsrəddin zahir olur.


شنبه 23 مرداد 1395
بؤلوملر : ملانصرالدین,